Ağdam rayon sakini qida zəhərlənməsi nəticəsində həyatını itirib.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun İmamqulubəyli qəsəbəsində qeydə alınıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Murad Oruc oğlu Əsədov göbələk yedikdən sonra halı qəfil pisləşib.
O, dərhal Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
***
Ağdamda 39 yaşlı kişinin ölməsi faktı müvafiq qaydada araşdırılıb və hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsinin olmadığı məlum olub.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, Ağdam Rayon Mərkəzi Xəstəxanası tərəfindən qoyulmuş ilkin diaqnoza əsasən həmin şəxsin ölüm səbəbi kimi ürək və ağciyər çatışmazlığı göstərilir. Bu istiqamətdə aidiyyəti qurumlar araşdırmaları davam etdirir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) vurğulanıb ki, mayın 28-i saat 15:15 radələrində bir kişi Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib. Ona ilkin olaraq dəqiqləşdirilməmiş ağciyər və ürək çatışmazlığı diaqnozu təyin edilib.
Zəruri tibbi müdaxilələrə və reanimasiya tədbirlərinə baxmayaraq, saat 15:30 radələrində şəxsin ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdam rayon şöbəsinə təhvil verilib.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































