Gəncədə şəhid lövhələri sökülür.
KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Şəhid yaxınlarından biri videoda şəhid ailələrinə müraciət edərək bildirir ki, yaxınlaşıb onlara aid olan fotoları götürsünlər.
Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumun sözçüsü Gülnar Fazilqızı bildirdi ki, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi daim uca tutulur. Respublikanın hər yerində olduğu kimi, Gəncə şəhərində də şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərilir.
Nəzərinizə çatdırmaq istəyirik ki, Gəncə şəhərinin müxtəlif ərazilərində olan şəhid lövhələri onların ailələrinin və yaxınlarının öz təşəbbüsü ilə quraşdırılmışdır. Lakin üstündən müddət ötdükcə həmin şəkillər yağıntıların və digər təbiət hadisələrinin təsirinə məruz qalaraq, tamamilə yararsız hala düşmüş, orijinal görkəmini itirmişdir. Qeyd edilənlər nəzərə alınaraq, şəhərin müxtəlif ərazilərində olan şəhid lövhələrinin şəhid ailələrinin razılığı ilə yığışdırılması qərara alınmışdır.
Xatırladaq ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində bir neçə ünvanda, o cümlədən “İstiqlal” parkında şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Memorial Abidə Kompleksi inşa edilmiş, lövhələr quraşdırılmış, eyni zamanda “gencesehidleri.az” saytı hazırlanaraq istifadəyə verilmişdir.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































