Özünü Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı kimi təqdim edərək dünyasını dəyişmiş Qarabağ qazisinin xanımına qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
Yenisabah.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Gəncə Şəhər Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə mühakimə olunan Eynur adlı şəxs verilmiş ittiham üzrə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib.
Eynur dələduzluq etdiyi şəxsə bildirib ki, mərhum həyat yoldaşı Qarabağ qazisi olduğu üçün ona avtomobil və 2 otaqlı mənzil verilməsinə kömək edə bilər. Bunun müqabilində vətəndaşdan hissə-hissə ümumilikdə 9 000 manat pul alıb.
O, niyyətini həyata keçirmək üçün Gəncə şəhərində kirayə ev tutaraq zərərçəkmişi oraya aparıb. Guya bu ev onlara dövlət tərəfindən verilib. Eynur evdə təmir getdiyini deyərək açarı zərərçəkmişə verməyib.
Az sonra Eynur tərəfindən aldadıldığını başa düşən vətəndaş hüquq-mühafizə orqanlarına müraciət edib. Eynur məhkəmədə özünü qismən təqsirli bilib.
Həmçinin qeyd edib ki, vərəm xəstəsi olduğundan pulları müalicəsinə xərcləyib. O, dəymiş zərərdən yalnız 1 800 manatı zərərçəkmişə qaytarıb.
Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























