Sankt-Peterburqun Petroqrad Rayon Məhkəməsi bir nəfəri xırda xuliqanlığa görə inzibati qaydada həbs edib.
Oxuməni.az “Musavat.com”-a istinadən xəbər verir ki, şəhər məhkəmələrinin Birləşmiş Mətbuat Xidmətinin məlumatına görə, mayın 20-də axşam saatlarında Böyük Zelenina küçəsində, 38 nömrəli evin yaxınlığında bir kişi ucadan nalayiq ifadələr işlədərək ictimai asayişi pozub.
O, Azərbaycan konsulu Rəhim Rəhimzadənin iradlarına məhəl qoymayıb.
Saxlanılan şəxs təqsirini etiraf edib və məhkəmə onu Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 20.1-ci maddəsinin 1-ci hissəsinə əsasən (“xırda xuliqanlıq”) 2 sutka müddətinə inzibati həbs cəzasına məhkum edib. Həmin maddə üzrə maksimum cəza 15 sutkayadək həbsdir.
Azərbaycanpolisi.az
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var




















































