Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) 4-cü kurs tələbəsi vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə ADBTİA məlumat yayıb.
Belə ki, universitetin son kurs tələbəsi Əşrəf Mirzəyev dünən səhər baş verən yol-nəqliyyat hadisəsi zamanı vəfat edib.
Qeyd edək ki, Sadəddin Əjdər oğlu Ağakişiyev etibarnamə əsasında idarə etdiyi "Toyota Prius" markalı, 77-KZ-106 dövlət qeydiyyat nişanlı avtomobillə Samir Sabir oğlu Məmmədovun idarə etdiyi "Minsk" markalı mopedlə toqquşub.
Nəticədə mopeddə olan sərnişin Əşrəf Nəsrəddin oğlu Mirzəyev almış olduğu müxtəlif dərəcəli bədən xəsarətlərindən xəstəxanada ölüb.
Bildirilir ki,o, ali məktəbə hazırlaşdığı dövrdə atasını itirib. Həmin vaxtdan etibarən ailənin yükü də Əşrəfin üzərinə düşüb.
Belə ki, 4-cü kurs tələbəsi olan Əşrəf iki bacısı, anası və bibisinə baxırmış. O, yaxın zamanlarda hərbi xidmətə yollanacaqdı. Hərbi xidmətdən qayıtdıqdan sonra isə ailəsinə dəstək olmağı planlaşdırıbmış.
Qeyd edək ki, Ə.Mirzəyev əslən Şərur rayonunun Dizə kəndindən olub. Onlar Bakıda məskunlaşıblar.
Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























