Neftçala rayonunda şəhid anası qohumları tərəfindən döyülüb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Xol Qarabucaq kəndində baş verib. Kənd sakini Şəfiqə Səmədovanın oğlu Camal Vüqar oğlu Səmədov öz dayısı qızı ilə ailə qurub. C.Səmədov Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi lokal antiterror tədbirləri zamanı şəhid olandan sonra ailədə şəhidin pensiyası və veriləcək əmlakla bağlı mübahisələr başlayıb.
Belə ki, şəhidin atası Vüqar Səmədov oğlunun pensiyası və əmlakın Camal Səmədovun həyat yoldaşı Həcər Səmədovaya qalmasına narazılıq edib və bu barədə ailədə söz-söhbətlər başlayıb. Nəticədə söz söhbətə son qoymaq üçün Həcər 1 il sonra, yəni şəhidin il mərasimindən sonra iki azyaşlı uşağı ilə birlikdə atasının evinə köçüb və həmin vaxtdan etibarən uşaqları Şəfiqə Səmədovaya göstərməyiblər.
Şəhid anası dəfələrlə nəvələrini görmək üçün qardaşı evinə zəng vursa da, xeyri olmayıb. Məcburiyyət qarşısında qalan Ş.Səmədova uşaqları görmək üçün qardaşının evinə gedib. O, evə daxil olarkən qardaşı oğlu İlqar Səfərov şəhid anasını yumruqla vuraraq yıxıb. İlqar Səfərovun atası Şahmar Səfərov bacısı Şəfiqə Səmədovanı tutaraq evdən çölə atıb.
Hadisə nəticəsində Şəfiqə Səmədova baş və bədəninin müxtəlif nahiyələrindən xəsarət alıb.
Hadisə yerinə Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları gediblər və faktla bağlı cinayət işi başlanaraq iş məhkəməyə göndərilib.
Məhkəmədə şəhid ailəsi təqsirləndirilən şəxsi bağışlayıb və ondan şikayətçi olmayıb.
Məhkəmə şəhid anasının xahişini nəzərə alaraq cinayət işinə xitam verib və İ.Səfərovu məsuliyyətdən azad edib.
Azərbaycanpolisi.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































