Lənkəranda ayrı-ayrı ünvanlarda yol-nəqliyyat hadisələri baş verib.
APA xəbər verir ki, qəzalardan biri rayonunun Gərmətük qəsəbəsi ərazisində, digəri isə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
"Toyota RAV4", "Lada Granta", VAZ-2106, "Nissan" avtomobillərinin və "Mercedes-Benz" markalı sərnişin mikroavtobusunun iştirakı ilə baş verən qəzalarda 2-si azyaşlı olmaqla ümumilikdə 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Xəstəxanadan verilən məlumata görə, 10 nəfərdən 5-i bir ailənin üzvləridir və onlar rayonun Velədi kənd sakinləridir.
Qəzalarda 2000-ci il təvəllüdlü Asim Cavid oğlu Nəcəfov, 2004-cü il təvəllüdlü Elnaz Əli qızı Nəcəfova, 2003-cü il təvəllüdlü Ağa Cavid oğlu Nəcəfov, 2016-cı il təvəllüdlü Z.Nəcəfova, 2024-cü il təvəllüdlü R.Nəcəfova, 1977-ci il təvəllüdlü Rahid Baladadaş oğlu Əskərov, Masallı rayon Həsənli kənd sakini 2004-cü il təvəllüdlü Zeynalabdin Nahid oğlu Əliyev, Masallı rayon Sığıncaq kənd sakini, 2004-cü il təvəllüdlü Ramilə Ramil qızı Rüstəmova, Masallı rayon Sığıncaq kənd sakini, 2005-ci il təvəllüdlü Mənsurə Eldəniz qızı Zahidova və Masallı rayonunun Bədəlan kənd sakini, 1994-cü il təvəllüdlü Murad Rövşən oğlu Əzizov xəsarət alıblar.
Yaralıların ümumi vəziyyətləri orta-ağır qiymətləndirilir.
Faktlarla bağlı araşdırma aparılır.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































