Tiflis-Bakı qatarının qarşısına çıxan şəxs öldü
8 Sentyabr 12:29
Yeni Moskvada yak miqranta hücum edib.
Yenisabah.az "Moskovski Komsomolets"ə istinadən xəbər verir ki, nəticədə miqrant xəstəxanalıq olub.
Bildirilib ki, 55 yaşlı əcnəbi atçılıq klubunun nəzdindəki zooparkda yarımştat işləyirmiş. Yeni işinin ilk günlərindən birində kişi dişi yaklara ot atmaq qərarına gəlib. Onun bu hərəkəti erkək yakı çox qəzəbləndirib. Kişi pəncərədən qaça bilməyi bacarsa da yakın hücumuna məruz qalıb.
Kişi aldığı xəsarətlərə və qan itirməsinə baxmayaraq, atçılıq klubunun sahibi ilə əlaqə saxlaya bilib və ondan həkimləri çağırmasını istəyib. Zərərçəkmiş üz nahiyəsindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Azərbaycanpolisi.az