Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib, nəticədə beş nəfər xəsarət alıb. Onlardan biri kişi, biri uşaq, ikisi qadındır.
"Teleqraf" xəbər verir ki, qəza Bakı-Qazax avtomagistralının Yevlax rayonunun Yuxarı Nemətabad kəndi yaxınlığından keçən hissəsində qeydə alınıb.
Məlumata əsasən, "Niva" markalı minik avtomobili Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı Rayon Şöbəsinə məxsus avtobusla toqquşub. Hadisə zamanı xəsarət alan hər iki sürücü - 1985-ci il təvəllüdlü Ramiz Qarayev və 1974-cü il təvəllüdlü Söhrab Süleymanova, eyni zamanda bir azyaşlı uşağa yerindəcə tibbi yardım göstərilib.
Durumu daha ciddi olan 1977-ci il təvəllüdlü Yevlax rayon sakini Yeganə Süleymanova isə xəstəxanaya aparılıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, mayın 15-də saat 13:50-də 5 nəfər (4 qadın cinsli, 1 kişi cinsli) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Məlumata görə, müxtəlif bədən xəsarətləri alan şəxslərin müayinələri davam etdirilir.
"Hazırda 1 nəfərin vəziyyəti orta ağır, 4 nəfərin vəziyyəti isə stabildir", - TƏBİB-dən bildirilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































