Gəncədə küçədə ağır xəsarətlər alan gənc oğlan aşkarlanıb.
Oxuməni.az “Oxu.az”-a istinadən xəbər verir ki, 2007-ci il təvəllüdlü E.İbrahimov şəhərin E.Xəlilov küçəsində aşkarlanıb və o, dərhal xəstəxanaya aparılıb.
18 yaşlı Elgün İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri, ağır kəllə-beyin travması ilə xəstəxanaya qəbul olunaraq dərhal ilkin tibbi yardım göstərilib. Amma onun həyatını xilas etmək mümkün olmayıb.
Yaralı nəfəs çatışmazlığından dünyasını dəyişib.
İlkin ehtimala görə, E.İbrahimov döyülərək ağır xəsarətlər alıb. Onun üzərində hər hansı kəsici deşici və ya güllə izləri aşkarlanmayıb.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanpolisi.az
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var




















































