Tiflis-Bakı qatarının qarşısına çıxan şəxs öldü
8 Sentyabr 12:29
Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.
Azərbaycanpolisi.az “Report”a istinad edərək məlumat verir ki, gecədən rayonda yağan güclü yağışlar nəticəsində əmələ gələn sel suları “Yeddipara” adlanan Udullu kənd ərazi vahidliyində yaşayış evlərini basıb.
Sakinlərin sözlərinə görə, Harami dağından gələn sel Şorbaçı, 1-ci və 2-ci Paşalı kəndlərində həyətyanı sahələrə dolub.
İntensiv yağan yağış, sözügedən kəndlərin əhalisi çətin vəziyyətə salıb.
Bununla bağlı artıq aidiyyəti qurumlar hərəkətə keçib.
Azərbaycanpolisi.az