Cənubi Afrikada baş verən qanlı hadisə sosial şəbəkələrdə geniş rezonans doğurub. Aldadıldığını öyrənən bir kişi həyat yoldaşının sevgilisi olduğunu iddia etdiyi şəxsi avtomobillə vuraraq amansızcasına öldürüb. Cinayət anı ətrafdakı təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb və görüntülər sosial mediada milyonlarla dəfə izlənilib.
BAKU.WS xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, əvvəlcə iki kişi arasında şifahi mübahisə yaşanıb. Daha sonra qəzəblənmiş ər maşınına əyləşərək məqsədli şəkildə digər şəxsin üzərinə sürüb. Şahidlər dəhşətli anları şokla izləyiblər. Avtomobilin dəfələrlə kişinin üzərindən keçdiyi bildirilir.
Görüntülər sosial mediada böyük müzakirələrə səbəb olub. Bəziləri bu hərəkəti "vəhşilik" kimi qiymətləndirib, digərləri isə "aldatma ağır nəticələrə səbəb olur" deyə şərhlər yazıblar.
Cənubi Afrika polisi hadisə ilə bağlı dərhal araşdırmalara başlayıb. Hazırda cinayətin detalları tam açıqlanmasa da, bu hadisə ailədaxili münasibətlərdə yaranan gərginliklərin nə qədər təhlükəli nəticələr doğura biləcəyini bir daha göstərmiş oldu
Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























