Aptekə dərman almağa gedən qadın hadisə yerində vəfat edib.
Xəzər TV xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda, Qara Qarayev prospektində yerləşən apteklərin birində baş verib.
Məlum olub ki, ürəktutmasından vəfat edən qadın 64 yaşlı Zenfira Məmmədova şəkər və təyziqdən əziyyət çəkirmiş, mütəmadi olaraq müalicə alırmış.
Hadisə baş verdikdən dərhal sonra ünvana polis və prokurorluq orqanları gəlib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisə ilə bağlı ölüm qeydə alındığından təcili və təxirəsalınmaz tibbi yardım mərkəzinə müraciət qeydə alınmayıb.
Hazırda faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.
Ətraflı süjetdə:
Azərbaycanpolisi.az
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var




















































