Bakıda binada uçqun oldu
23 Oktyabr 12:23
Cəlilabad rayonunda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.
APA-nın məlumatına görə, hadisə axşam saatlarında rayonun Alar kəndində baş verib. Kənd sakini, 2017-ci il təvəllüdlü 8 yaşlı N.M.-nin həyətindəki daş hasar uçub və uşaq dağıntılar altında qalıb.
Ağır bədən xəsarətləri alan zərərçəkən təcili xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Azərbaycanpolisi.az