Bakıda Heydər Əliyev prospektində qəza olub.
Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzdən məlumat verilib.
Bildirilib ki, Nizami rayonu, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən həm mərkəz, həm də metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb. Hazırda polis əməkdaşları hadisə yerindədir və sıxlığın qısa zamanda aradan qaldırılması üçün tədbirlər görülür.
***
Bakıda Ələsgər Qayıbov küçəsi ilə hərəkətdə olan Anar Nəcəfovun idarə etdiyi 77 UY 524 dövlət qeydiyyat nişanlı BYD markalı avtomobil idarəetməni itirərək 99 JN 288 dövlət qeydiyyat nişanlı “Ford” markalı avtomobilə çırpılıb.
Bu barədə Bakı Şəhər Yol Polisi İdarəsindən məlumat verilib.
Hadisə nəticəsində BYD markalı avtomobilin sürücüsü Anar Nəcəfov xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































