Tanınmış meyxanaçı Balaəli Maştağalı avtomobil qəzası keçirib. İddia olunur ki, günah özündə olsa da, qarşı tərəfin zərərini ödəməyib.
Musavat.com xəbər verir ki, yanvarın 29-da Bakının Yasamal rayonu ərazisində işıqforun qarşısında dayanmış "Toyota" markalı avtomobilə arxadan güclü zərbə dəyib. Zərərçəkmiş bildirib ki, hadisə nəticəsində avtomobilinin arxa hissəsi - iki stop işığı, bufer və baqaj qapağı hissəsi ciddi şəkildə zədələnib.
Zərərçəkmişin sözlərinə görə, sürdüyü avtomobilə çırpılan nəqliyyat vasitəsi "Mercedes Benz G-Class" markalı, 77-BM-777 dövlət nömrə nişanlı maşın olub. Sürücünün isə tanınmış meyxanaçı Balaəli Oqtay oğlu Rzayev (ictimaiyyət arasında meyxanaçı Balaəli Maştağalı kimi tanınır) olduğunu görüb.
"Mənə dedi ki, məsələni sığorta vasitəsilə deyil, şəxsi hesabına həll edəcək. Avtomobildə körpə uşağın da olduğuna görə, mübahisəyə getmədim, razılaşdım. Düşündüm ki, kişi sözüdür, etibar etmək olar. Avtomobil təmirə getdi, amma keyfiyyətsiz şəkildə bərpa olundu. Bufer hələ də tam düzəlməyib, baqaj hissəsində isə qabarıqlıqlar qalıb", - zərərçəkmiş deyib.
O əlavə edib ki, ilkin razılaşmaya əsasən, zədələnmiş stop işıqlarını özü tapıb almalı, Balaəli isə həmin hissələrin dəyərini ödəməli idi. Lakin üç aydan çox vaxt keçməsinə baxmayaraq, yalnız 200 manat ödənilib, qalan məbləğ isə ödənilməyib: "Mənim bildiyimə görə, avtomobilin boya və təmir işlərini həyata keçirən ustalara da ödəniş olunmayıb, buna görə də iş yarımçıq qalıb. İstər özü, istərsə də köməkçisi artıq zənglərə cavab vermir".
Zərərçəkmiş hadisədən nəticə çıxararaq bildirib ki, "Şəxsin məşhurluğundan asılı olmayaraq, belə hallarda sığorta şirkəti ilə rəsmiləşdirmə aparmaq vacibdir. Əks halda, sonradan hüququn bərpası çətinləşə bilər".
Azərbaycanpolisi.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































