Gürcüstanda 21 yaşlı azərbaycanlı faciəvi şəkildə ölüb
19 İyun 11:40
Lənkəran rayonunda 32 yaşlı kişini elektirk cərəyanı vuraraq öldürüb.
Report xəbər verir ki, hadisə rayonun Girdəni kəndi ərazisində baş verib.
Belə ki, 1993-cü il təvəllüdlü Xudaverən Şükür oğlu Əlizadə balıq tutmaq üçün Girdəniçay çayının əks tərəfinə keçərkən əlindəki balıq ovu üçün istifadə etdiyi tilov yüksək gərginlikli elektik xəttinə toxunub. O, hadisə yerində ölüb.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanpolisi.az