Lənkəranda Xəzər dənizində itkin düşən balıqçılardan biri – Siyavar kənd sakini, 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayevin cəsədi İrandan Azərbaycana gətirilib.
Teleqraf-ın Cənub bürosunun məlumatına görə, hadisə bu ilin yanvar ayının 13-də baş verib. Həmin gün Siyavar kənd sakinləri – 1984-cü il təvəllüdlü Mahmud İbayev və 1968-ci il təvəllüdlü Nazim Abbasov dənizə balıq ovuna çıxaraq itkin düşmüşdülər.
Fevralın 21-də balıqçılardan biri – Nazim Abbasovun meyiti tapılmışdı. Ötən ay isə Mahmud İbayevin cəsədi Xəzər dənizinin İran ərazisində – Bəndər-Ənzəli şəhəri yaxınlığında aşkar edilib.
Mərhumun qardaşı Rəşad İbayev ailə üzvləri və kənd sakinlərinin dəstəyi ilə İrana gedərək cəsədin Azərbaycana gətirilməsi üçün zəruri prosedurları yerinə yetirib.
Bu gün axşam saatlarında Mahmud İbayevin nəşi doğulduğu Siyavar kəndinə gətirilib. Evinin qarşısında vida mərasimi təşkil olunub. Daha sonra mərhumun cənazəsi kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində yaxınları, kənd sakinləri və tanışları iştirak edib, mərhum üçün cənazə namazı qılınıb.
Azərbaycanpolisi.az
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































