Tovuzda binada partlayış olub.
Globalinfo.az məsələ ilə bağlı Tovuz Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxlayıb.
Baş həkimin müavini Elnur Əliyev xəsarət alan şəxslərin 3 nəfər olduğunu bildirib:
“Həmin şəxslərdən verilən məlumata görə, mənzil sahibi intihar etmək üçün qazı açıq qoyub. Ardınca kəndirlə özünü asmaq istəyib. Partlayış baş verdiyi üçün kəndir qopub və o, sağ qalıb. İntihara cəhd edən şəxs orta yaşlarında kişidir. Digər zəhərlənənlərdən biri kişi və qadındır. Onların eyni mənzildən olub-olmaması barədə dəqiq fikir deyə bilmərəm. Lakin vəziyyətləri normaldır, hazırda heç bir təhlükə yoxdur”.
Hadisə şahidlərinin saytımıza verdiyi məlumata görə, intihara cəhd edən ev sahibi içkili vəziyyətdə olub.
“Həmin blokda yaşayan qonşular arasında da tüstüdən zəhərlənmə halları qeydə alınıb”, – deyə əlavə edilib.
Başqa bir şahid isə ev sahibinin qəsdən evi yandırdığını və özünə xəsarət yetirdiyini bildirib.
Globalinfo.az xəsarət alanlarla bağlı siyahı da əldə edib. Həmin məlumatı təqdim edirik:
– 1986-cı il təvəllüdlü Həsənov Firdovsi İmran oğlu – mənzilin sahibi bədənində kəsilmiş deşilmiş yara izləri və tüstü vurma ilə gətirilib, vəziyyəti ağırdır.
– 1998-ci il təvəllüdlü Mustafayeva Səbinə Həşim qızı, tüstü vurub, vəziyyəti ortadır.
– 2024-cü il təvəllüdlü Əmiraslanov Elmir Elnur oğlu, tüsü vurub, vəsiyyəti ortadır.
– 2022-ci il təvəllüdlü Əminaslanova Zəhra Elnur qızı, tüstü vurub, vəziyyəti ortadır.
– 1958-ci il təvəllüdlü Əmiraslanov Fərman Cavad oğlu, tüstü vurub, vəziyyəti ortadır.
– 2013-cü il təvəllüdlü Səfərova Aydan Arzu qızı, tüstü vurub, vəziyyəti ortadır.
– 1987-ci il təvəllüdlü Səfərov Arzu Firunndin oğlu, tüstü vurub, vəziyyəti ortadır.
– 1992-ci il təvəllüdlü Yusifova Balaxanım Abbası qızı, tüstü vurub, vəziyyəti ortadır.
– 2023-cü il təvəllüdlü orta Səfərov Uzay Arzu oğlu, tüstü vurub, vəziyyəti ortadır.
Azərbaycanpolisi.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































