Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 14-cü mikrorayonda yerləşən yataqxanada yanğın baş verməsi barədə məlumat daxil olub.
Oxuməni.az “1news.az”a istinadla xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verilib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri hadisə yerinə cəlb olunub.
Görülən operativ tədbirlər sayəsində dördmərtəbəli yataqxana binasının sonuncu mərtəbəsinin dəhlizində baş vermiş yanğın qısa zamanda söndürülüb.
Yanğın nəticəsində otaqda 30 mt elektrik naqili, şkaf və 10 kv.m sahədə əşyalar, həmçinin 1 ədəd pəncərə çərçivəsi və 1 qapı qismən yanıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 14 nəfər təxliyə edilib. Yataqxananın binası və otaqlar yanğından tam mühafizə olunub.
Azerbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































