Güclü külək Qax və Zaqatalada bir sıra fəsadlar törədib.
APA xəbər verir ki, bu gün axşam saat 17 radələrindən başlayaraq ölkənin şimal-qərb bölgəsinin Balakən, Zaqatala və Qax rayonları ərazisində bir saat ərazində qeyr-sabit hava şəraiti hökm sürüb, fasilələrlə güclü külək və qısamüddətli yağış yağıb.
Bölgədə güclü külək daha çox Qax və Zaqatala rayonlarında müşahidə olunub. Güclü külək Qax rayonun Lələpaşa kəndində bir fərdi yaşayış evinin dam örtüyünün bir hissəsini qoparıb.
Külək Qazmalar və Qaşqaçay kəndində isə ümumilikdə iki vətəndaşa məxsus tövlənin dam örtüyünü dağıdıb. Güclü külək səbəbilə Qax rayonunun bır sıra kəndlərində elektrik təsərrüfatına ziyan dəyib, elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
Güclü külək səbəbilə Zaqatalanın Yuxarı Tala, Aşağı Tala, Gəyəm, Car, Mazıx və Muxax kəndlərinə elektrik enerjisinin verilməsində də fasilələr yaranıb.
Qax və Zaqatala Paylayıcı Elektrik Şəbəkəsinin əməkdaşları hadisə baş verən andan ərazilərə cəlb olunub, baş vermiş qəzaların aradan qaldırılması istiqamətində işlər aparıb.
Hazırda bir çox ərazilərdə güclü külək səbəbilə baş vermiş fəsadlar demək olar ki, tam aradan qaldırılıb.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































