Gürcüstanda 21 yaşlı azərbaycanlı faciəvi şəkildə ölüb
19 İyun 11:40
Masallı rayonu ərazisində ağırtonnajlı yük avtomobilinin aşması nəticəsində Ələt-Astara magistralında nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.
Teleqraf-ın verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralının Masallı rayonuna aid hissəsində baş verib. Rusiya Federasiyasına tərəvəz daşıyan və Dağıstan Respublikasına məxsus "TIR" Bakı istiqamətinə hərəkət edərkən aşıb.
Nəticədə həmin istiqamətdə yolun hərəkət hissəsində nəqliyyatın axınında problemlər yaranıb. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib və yük avtomobilinin yoldan götürülməsi istiqamətində işlər aparılır.
Polis əməkdaşları sürücüləri alternativ yollara yönləndirir.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanpolisi.az