Kürdəmir rayonunun Karrar kəndində 55 yaşlı Sevda adlı qadın kəndin mollası kimi tanınan 69 yaşlı Sərhəd Orucovun üzünə benzin töküb.
Müsavat.com xəbər verir ki, hadisə tərəflər arasında baş verən mübahisəyə görə olub.
Qadın iddia edib ki, 3 il əvvəl Sərhəd Orucov onun evindən 2 100 manat dəyərində oğurluq edib. Pulun 600 manatını qaytarsa da, qalan məbləği ödəməyib. Buna görə də aralarında dəfələrlə mübahisə yaranıb.
Onun sözlərinə görə, Sərhəd Orucovdan pulunu tələb edəndə, onun tərəfindən təhqir edilib.
Sonuncu mübahisə də buna görə baş verib. Qadın bildirib ki, Sərhəd Orucovdan növbəti dəfə pulunu istəyəndə yenə təhqirə məruz qalıb. O da əlində olan benzini onun sifətinə atıb.
Molla təqsirləndirilən qadının iddiaları ilə razılşamayaraq, oğurluq etmədiyini deyib.
Ekspertiza rəyinə görə, Sərhəd Orucov sağ gözün hiperemiyası və görmənin zəifləməsi xəsarəti alıb.
Tərəflər arasında barışıq olmayıb. Məhkəmənin hökmü ilə 55 yaşlı qadın 9 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Azərbaycanpolisi.az
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































