Ağsu rayonunda baş vermiş zəncirvari yol qəzası nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, yaralılar təcili tibbi yardım vasitəsilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onlardan birinin vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil. İlkin ehtimallara görə, qəza yol hərəkəti qaydalarının pozulması və ya sürücünün idarəetməni itirməsi nəticəsində baş verə bilər.
Daxili İşlər Nazirliyinin Şəki Regional Qrupundan verilən məlumata görə, faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.
Hadisə yerində müvafiq ekspertizalar aparılır və qəzanın dəqiq səbəbləri müəyyənləşdirilir.
Azərbaycanpolisi.az
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































