Bayrama hazırlaşırdılar, evləri yanıb kül oldu

Bayrama hazırlaşırdılar, evləri yanıb kül oldu

Cəlilabad rayonunda fərdi yaşayış evi yanıb.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Sabirabad kəndində, Rəşid Səfərova məxsus evdə qeydə alınıb.

Belə ki, ümumi sahəsi 220 kvadratmetr (hər mərtəbəsi 110 kvadratmetr) olan ikimərtəbəli 10 otaqlı evdə qəfil yanğın başlayıb.

Hadisə yerinə Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunsa da, ev tamamilə yanıb.

İlkin məlumata görə, yanğın Novruz bayramı ilə əlaqədar olaraq şirniyyatın bişirildiyi elektrik sobasında başlayıb. Sobanın uzun müddət qoşulu qalması yanğına səbəb olub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az