Qəza martın 11-də saat 20:00 radələrində Xətai rayonu, Babək prospekti, bina 70, mənzil 94 ünvanında qeydə alınıb.
Oxuməni.az “Teleqraf.com”-a istinadən xəbər verir ki, 13 yaşlı Hüseyn Ələkbərli yaşayış binasının 7-ci mərtəbəsindən yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Yeniyetmə paytaxtın Nizami rayonundakı 62 nömrəli məktəb-liseyin 7-ci sinfində oxuyub və əlaçı olub.
Mərhumun babası Ədalət Tanrıverdiyevin sözlərinə görə, faciə baş verən gün Hüseyn oruc tutub və baş gicəllənməsindən şikayətlənib: “Ona bir neçə dəfə orucunu açmağı təklif etdik, amma o, yenə də bir az su içdi, amma heç nə yemədi”.
Bundan sonra uşaq eyvana çıxıb və həyətdə yanan tonqala baxıb. Bu zaman o, müvazinətini itirərək yerə yıxılıb.
Faktla bağlı araşdırma aparılır.
Azerbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































