Gürcüstanda 21 yaşlı azərbaycanlı faciəvi şəkildə ölüb
19 İyun 11:40
“Teleqraf.com” xəbər verir ki, hadisə Qovlar şəhərində qeydə alınıb.
Məlumata görə, Tovuzun Aşağı Quşçu kənd sakini, 2003-cü il təvəllüdlü İlham Rüstəmovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil yolun kənarında dayanmış “KAMAZ” markalı yük maşınına arxadan çırpılıb.
Nəticədə avtomobilin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Oxuməni.az “Teleqraf.com”-a istinadən xəbər verir ki, mərhumun bir aydan sonra toyu olmalı idi.
Faktla bağlı araşdırma aparılır.
Azerbaycanpolisi.az