Gürcüstanda 21 yaşlı azərbaycanlı faciəvi şəkildə ölüb
19 İyun 11:40
Qaxda maşın piyadanı vuraraq öldürüb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Qax-Zaqatala avtomobil yolunun Qax rayonu Ləkit kəndi ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan minik avtomobili 53 yaşlı Bakı şəhər sakini Natiq Tofiq oğlu Həsənovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisəni törətməkdə Zaqatala şəhər sakini Turan Əsədov şübhəli bilinir.
Qeyd edək ki, təqsirləndirilən şəxs Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin müdiri vəzifəsində çalışır.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanpolisi.az