Ötən gün Göyçayda 6 uşaq anası - 1982-ci il təvəllüdlü Gülnarə Səmədova yaşadığı evin həyətində özünü asaraq intihar edib.
Oxuməni.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə Göyçayın İnçə kəndində qeydə alınıb.
Göyçay rayonu İnçə kənd bələdiyyəsinin sədri Namiq Baxışov hadisənin ailə münaqişəsi zəminində baş verdiyini bildirib:
“Qadın İsmayıllının kəndindəndir. Hadisə ailə münəqişəsi zəminində olub. Əri Gülnarənin işləməyini istəməyib. Onların altı uşağı var. Uşaqlarının böyüyü məktəbi bitib, o birilər isə məktəblidirlər.
Əri deyib ki, müavinət alırsan, bəsdir, işləmə. Əri özü mal-qara otarmaqla məşğuldur. Qadın da kənd camaatı ilə qonşu kəndlərdə torpaqda işləməyə, fəhləliyə gedirmiş ki, əlavə pul qazansın. Əri bundan narazı olub, qadın isə getməkdə israr edib. Bunun üstündə mübahisə ediblər, kişi çıxıb gedib, qayıdanda da görüb ki, qadın özünü asıb. Anası və qardaşı mərhumun nəşini aparıblar İsmayıllıya, öz kəndlərində dəfn ediblər".
Azerbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































