Azərbaycanlı bloqerin Rusiyaya girişi qadağan edildi, vətəndaşlıqdan çıxarıldı

Azərbaycanlı bloqerin Rusiyaya girişi qadağan edildi, vətəndaşlıqdan çıxarıldı

Bloqer Subonun (əsl adı Sübhan Murad oğlu Məmmədov) Rusiyaya girişinə 70 il müddətinə qadağa qoyulub.

Bu barədə Oxu.Az Rusiya KİV-ə istinadla məlumat verir.

Məlumata görə, buna səbəb kimi onun polis əməkdaşları və hərbçilər ilə bağlı prank-çarxları göstərilir. Eyni səbəbdən bloqer Rusiya vətəndaşlığından da məhrum edilib.

Bildirilir ki, S.Məmmədov çarxlarda hüquq-mühafizə orqanlarının əməkdaşlarını kamera qarşısında alçaldıb. Bu xüsusda aparılan təhqiqat nəticəsində bəlli olub ki, Subo Rusiya vətəndaşlığı almaq üçün sənədləri təqdim edərkən yanlış məlumatlar verib.

İndi onun yalnız Azərbaycan vətəndaşlığı qalıb.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az