Fevralın 22-23-də Bakının Sabunçu rayonunda 15 nəfər yüksək alkoqollu gigiyena vasitələrindən istifadə etdikdən sonra zəhərlənərək dünyasını dəyişib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Baş Prokurorluğu məlumat yayıb.
Ölüm halları fevralın 22-23-də paytaxtın Sabunçu rayonu ərazisində müxtəlif ünvanlarda qeydə alınıb. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, ibtidai istintaq aparılır.
Artıq prokurorluq, məhkəmə-tibb ekspertləri və kriminal ekspertləri tərəfindən hadisə yerinə və mərhumların meyitlərinə baxış keçirilib, maddi sübutlar götürülüb.
İlkin ekspertiza rəyinə görə, mərhumlar tərkibində 75 və 95 faiz spirt olan müxtəlif gigiyena vasitələrindən istifadə ediblər. Hadisə yerindən boş butulkalar və digər sübutlar götürülüb.
Azerbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































