Piyada keçidləri piyadalar üçün təhlükəsiz yol keçidini təmin etməli olsa da, bəzi sürücülərin məsuliyyətsizliyi səbəbindən bu yerlər bəzən faciə məkanına çevrilir.
Axar.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib.
Qeyd olunub ki, ötən gün paytaxtın Mətbuat prospektində piyada zolağına daxil olan ana və iki övladının vurulması ilə nəticələnən hadisə bir daha onu deməyə əsas verir ki, hələ də yol hərəkəti qaydalarına məsuliyyətsiz yanaşan sürücülər var:
"Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək, onları nümayiş olunan real kadrlardan düzgün nəticə çıxarmağa, piyadalara qarşı son dərəcə diqətli olmağa çağırır. Hər bir sürücü bilməlidir ki, sükan arxasında edilən bir səhv günahsız insanların həyatına son qoya bilər. Daha məsuliyyətli davranmaq, yol hərəkəti qaydalarına ciddi əməl etmək və piyadalara hörmət etmək hər bir sürücünün borcudur! Unutmayaq ki, qaydalara əməl etmək təkcə qanuni öhdəlik deyil, həm də insanlıq borcudur".
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































