Goranboyda qumbara partlayıb.
Qarasüleymanlı kəndində yaşayan 1957-ci il təvəllüdlü Zakir Mayıl oğlu Namazov gəlini 1986-cı il təvəllüdlü Vəfa Şükür qızı Aslanova ilə ailə münaqişəsi zəminində mübahisə edib və ona doğru əl qumbarası atıb.
Oxuməni.az "Report"a istinadən bildirir ki, gəlininin həyətinə qumbara atan Zakir Namazovun psixoloji problemləri olub. Belə ki, o, partlayıcını səbəbsiz yerə həyətə atıb.
Qeyd edək ki, hadisə zamanı qadınla yanaşı onun qayınanası və uşaqları da həyətdə olublar.
Hadisə nəticəsində xəsarət alan 1986-cı il təvəllüdlü Vəfa Şükür qızı Aslanova Goranboy Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.
Zakir Namazov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
Azerbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































