Hacıqabulda qatarda yanğın olub, 4 nəfər tüstüdən zəhərlənib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayon ərazisindən keçən qatarların birində qeydə alınıb.
İlkin məlumata görə, qatarın kömür qutularının qızışması zamanı tüstü ilə müşahidə olunan yanğın baş verib. Yanğın dərhal söndürülsə də, dörd nəfər Hacıqabul sakini, 2000-ci il təvəllüdlü Yaqubov İlqar Mərhəmət oğlu, 1987-ci il təvəllüdlü Həsənov Emin Bəxtiyar oğlu, 1995-ci il təvəllüdlü Əkbərov Əkbər Teymur oğlu və 1972-ci il təvəllüdlü Qədirov Mübariz Xanbaba oğlu tüstüdən zəhərləniblər.
Zərərçəkənlər Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanpolisi.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb.jpg)





















































