Futbolçu suda boğularaq ölüb

Futbolçu suda boğularaq ölüb

İsveçrənin III Liqasında çıxış edən "Qranj Pakko" klubunun futbolçusu Yakov Yelkiç İspaniyada bədbəxt hadisə nəticəsində ölüb.

Teleqraf.com xəbər verir ki, 24 yaşlı oyunçu Alikante limanında ölü tapılıb.

Alikante Milli Polisinin açıqlamasına görə, meyitin şəxsiyyəti müəyyənləşdirilib. Videomüşahidə kamerasına baxış nəticəsində hadisənin yıxılmadan sonra baş verdiyi üzə çıxıb. Görüntülərdə Yelkiçin gecə klubundan ləngər vura-vura çıxdığı görünür.

Səhərə yaxın onun Alikante limanına gəmilər üçün dəhlizə girdiyi məlum olub. Elə oradaca futbolçunun təsadüfən suya yıxılaraq boğulduğu güman edilir.

Qeyd edək ki, Yakov Yelkiç yanvarın 31-dən "Qranj Pakko" komandası ilə Alikantedə idi.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az