Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 31-də günorta saatlarında Ağcabədi rayonunun Hindarx qəsəbəsində fərdi yaşayış evində baş vermiş partlayış nəticəsində 5 nəfər həlak olub, 2 nəfər yaralanıb.
Partlayış uşağın qumbara tapıb evə gətirməsindən sonra baş verib.
Bu zaman partlayıcı mexanizm işə düşüb.
Baş Prokurorluq 5 nəfərin hadisənin qurbanı olmasını - Quliyev Şamiq Əfqan oğlu (1959), Quliyev Bəhruz Şamiq oğlu (1983), Məmmədli Məhəmməd Vidadi oğlu (2015), Məmmədli Murad Vidadi oğlu (2018), Quliyev Natiq Namiq oğlu (2018) təsdiqləyib.
Quliyeva (Məmmədova) Ülviyyə Şamiq qızı (1985) və Quliyeva Aysun Namiq qızı (2015) müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 228.1-ci (qanunsuz olaraq döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, faktla bağlı ilkin araşdırma aparılır.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































