Şeremetyevo hava limanından Misirə uçan “Aeroflot" təyyarəsi 5 metrlik trosla havaya qalxıb.
Bu barədə məlumatı "Baza" Teleqram kanalı yayıb.
Bildirilib ki, "Aeroflot"un Boinq-737 təyyarəsi Misirin Hurgada hava limanına enib.
Uçuşdan sonra yerli texniki işçilər sol şassi dayağı ətrafında nəyinsə sallandığını görüblər. Məlum olub ki, bu, təyyarəni yanacaq doldurarkən elektrik yüklərini boşaltmaq üçün istifadə edilən 5 metrlik trosdur və texniki işçilər onu təyyarədən ayırmağı unudublar.
Kapitan təyyarəni yoxladıqdan sonra geri uçuşu ləğv etməmək qərarına gəlib. Təyyarə Moskvaya qayıtdıqdan sonra füzelyajın sol arxa hissəsində çoxsaylı çatlar və cızıqlar aşkar olunub. Bu səbəbdən təyyarə müvəqqəti olaraq uçuşlardan kənarlaşdırılıb.
"Rosaviasiya” şirkəti hadisəni araşdırmağa başlayıb.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































