Çexov mütəşəkkil cinayət qrupunun lideri Nikolay Pavlinov Moskva vilayətində dəfn edilib və onunla vidalaşmağa çoxlu adam, o cümlədən kriminal rəhbərlər toplaşıb.
ArbatMedia portalı xəbər verir ki, Moskva vilayətinin Talej kəndində keçirilən dəfn mərasimində saysız-hesabsız “Gelandevagen” və “Range Rovers” avtomobillərdə gələn çox sayda insan iştiak edib. Bundan başqa, Pavlinovun məzarına onlarla çələng göndərilib, ancaq onlardan bəziləri anonim qalıb, konkret kim tərəfindən göndərildiyi bilinməyib, titul lentində "yaxşı adam" və ya "qonşular" qeydi olub. Bu, güman ki, kriminal avtoritetlərlə müharibə aparan hüquq-mühafizə orqanların təqib və təzyiqindən yayınmaq üçün düşünülüb..
Kriminal aləmdə Kolya kimi tanınan Pavlinov yanvarın 17-də xərçəng xəstəliyindən ölüb. 2017-ci ildə o, dövlət torpaqları ilə dələduzluq etdiyinə görə 17 il həbs cəzası alıb, lakin səhhətində yaranan ciddi problemlərə görə 2023-cü ildə azadlığa buraxılıb.
Pavlinov şöhrətini 90-cı illərdə, “Vityaz" xokkey klubunun sahibi olduğu, həmçinin məhkəmədə müdafiəsində çıxış edən məşhur boksçular Denis Lebedev və Alekander Povetkinə sponsorluq etdiyi zaman qazandı.
Onun dəfn mərasimində iştirak edənlər arasında idman və kriminal aləmin çoxlu nümayəndələri də olub.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































