Gürcüstanda 21 yaşlı azərbaycanlı faciəvi şəkildə ölüb
19 İyun 11:40
Yanvarın 15-nə keçən gecə Batumidəki “Şeraton” otelində naməlum şəxslər “Gürcüstan naminə” müxalifət partiyasının lideri, keçmiş baş nazir Giorgi Qaxariyaya hücum ediblər. Bu barədə “NewsGeorgia” və “Rustavi 2” məlumat yayıb.
Hücumdan sonra yaralanan siyasətçi xəstəxanalardan birinə aparılıb. Həkimlər ona burnunun qırılması və beyin silkələnməsi diaqnozu qoyublar, lakin Qaxariya xəstəxanaya yerləşdirilməkdən imtina edib.
Media hadisənin təfərrüatlarını açıqlamasa da, xəstəxanadan jurnalistlərə bildiriblər ki, Qaxariyanın vəziyyəti ümumilikdə stabildir və tibbi yardım göstərildikdən sonra o, öz istəyi ilə xəstəxananı tərk edib.
Qeyd edək ki, Q.Qaxariya 2019-2021-ci illərdə Gürcüstanın baş naziri olub.
Almaz Həsənli