Cənubi Koreyanın paytaxtı Koyan şəhərində 43 avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada 9 nəfər xəsarət alıb.
Hadisə yerli vaxtla səhər erkən saatlarda Seul-Munsan magistralında yolun buz bağlaması səbəbindən baş verib. Yolların buz bağlaması səbəbindən Koyan şəhərində daha bir neçə zəncirvari qəza olub ki, həmin hadisələrdə ümumilikdə 44 avtomobil toqquşub, 2 nəfər yaralanıb. Kimpo şəhərində isə 7 avtomobilin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Qəzalar baş verən yollarda hərəkət dayandırılıb. Yolların buzdan təmizlənməsi üçün işlər aparılır.
Qeyd edək ki, Cənubi Koreyada bir neçə gündür şaxtalı və qarlı hava hökm sürür. Havanın temperaturu mövsüm normasından xeyli aşağıdır. Xüsusən ölkənin şimal hissəsində havanın temperaturu -20 dərəcə Selsidən də aşağı düşüb.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































