Oxuməni.az “112” Teleqram kanalına istinadən xəbər verir ki, Rusiyanın Kirov vilayətinin Kilməz qəsəbəsində sosial evdə baş verən yanğında 8 nəfər ölüb. Yanğınsöndürənlər yanmış pansionatın sökülməsini başa çatdırıblar. Yalnız üç sakin sağ qalıb.
Faciə yanvarın 5-də günorta saatlarında baş verib. Yanan mənzil 11 pensiyaçının yaşadığı birmərtəbəli bina olub. Yanğınsöndürənlər 3 nəfəri xilas edə biliblər.
Vilayətin qubernatoru Aleksandr Sokolovun sözlərinə görə, xüsusi xidmət orqanları xəbəri alandan bir neçə dəqiqə sonra yanğın yerinə gəliblər, lakin bu zaman yanğın binanı demək olar ki, tamamilə əhatə edib, çünki o, ağacdan tikilmişdir.
Müstəntiqlər faciənin səbəblərini müəyyənləşdirirlər. Faktla bağlı cinayət işi açılıb.
Almaz Həsənli
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































