İngiltərənin Koventri şəhərində 16 yaşında itkin düşən Şeyla Foks adlı qadın 52 il sonra öz ölkəsində tapılıb.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verib.
Uest-Midlends şəhərinin polisi onun hansı şəraitdə itkin düşdüyü və harada yaşadığı barədə məlumatı açıqlamayıb. 1972-ci ildə yoxa çıxan qızın axtarışları ötən ilin 29 dekabrında yenidən başlayıb. Foksun yoxa çıxmazdan əvvəl çəkilmiş ağ-qara fotosu ilə başlayan axtarış işlərinin bir hissəsi kimi sosial mediadan və veb saytından istifadə edilib. Fotonun sosial mediada yayımlanmasından bir neçə saat sonra polisin 68 yaşlı Foksu tapdığı bildirilir.
Polisin məlumatına görə, qadın sağ və salamatdır, ölkənin başqa yerində yaşayır. Şəhər polisi tarixində ən uzun müddət davam edən axtarış işini tamamlandığını bildirib.
Qeyd edilir ki, 1956-cı il təvəllüdlü Foks 1972-ci ildə valideynləri ilə birlikdə yaşayarkən itkin düşüb. Sonradan adı dəyişdirilib. Onun haqqında heç bir yerdə rəsmi qeydlər olmayıb…
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































