Yanvarın 1-də Las-Veqasda 64 mərtəbəli “Trump International Hotel” yaxınlığında “Tesla Cybertruck”-ın partlaması nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb. “ABC News”-un məlumatına görə, polis hadisəni mümkün terror aktı kimi qiymətləndirir.
Polisin məlumatına görə, “Cybertruck” otelin şüşə qapılarının qarşısında dayandıqdan sonra avtomobildən tüstü çıxmağa başlayıb və daha sonra güclü partlayış baş verib. Maşında olan şəxs dünyasını dəyişib.
“ABC News” aydınlaşdırır ki, partlayışın səbəbi hələ müəyyən edilməyib, lakin avtomobilin içərisində pirotexniki vasitələr və benzin kanistrları aşkar edilib. İstintaq ölən sürücünün partlayışa qəsdən səbəb olub-olmadığını araşdırır.
“Tesla”-nın sahibi İlon Mask bildirib ki, şirkət də hadisənin şərtləri ilə bağlı araşdırmaya başlayıb. Nevada ştatında yerləşən “Trump International Hotel” ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa məxsusdur.
İstintaq həmçinin oteldəki etirazın Trampa, yoxsa son aylarda seçilmiş prezidentin yaxın müttəfiqinə çevrilmiş Maska qarşı olub-olmadığını müəyyən etməli olacaq.
Almaz Həsənli
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































