İmişli rayonunda tərəvəz istixanasında yanğın başlayıb.
Axar.az xəbər verir ki, Araz çayının kənarında yerləşən istixanada başlayan alov anidən güclənib.
Dərhal hadisə yerinə İmişli rayon Yanğından Mühafizə Bölməsinin texnikaları və canlı qüvvəsi cəlb edilib.
Əraziyə İmişli rayon Yanğından Mühafizə Bölməsinin texnikaları və canlı qüvvəsi, Təcili Təxirə Salınmaz Tibbi Yardım heyəti və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Alov söndürülüb, yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Yanğın zamanı bir nəfərin öldüyü bildirilib.
TƏBİB-dən bildirilib ki, 25 dekabr saat 16:20-də İmişli rayonu ərazisində baş verən yanğın hadisəsi nəticəsində 1971-ci il təvəllüdlü şəxs (kişi cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Ona aşağı, yuxarı ətrafların üz nahiyəsinin 2-ci, 3-cü dərəcəli termiki yanığı diaqnozu təyin olunub və ilkin zəruri tibbi xidmətlər göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Azərbycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































