Çərşənbə günü, dekabrın 25-də Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus təyyarə Qazaxıstanın Aktau hava limanı ərazisində qəzaya uğrayıb.
Oxuməni.az xəbər verir ki, Çeçenistan paytaxtının hava limanının mətbuat xidmətinin məlumatına görə, marşrutun dəyişdirilməsinə səbəb qalın duman olub. Təyyarə əvvəlcə Mahaçqalaya, sonra isə Aktauya (Qazaxıstan) istiqamətləndirilib.
“Hava şəraiti ilə əlaqədar olaraq təyyarə Mahaçqalaya, oradan isə Aktauya göndərilib. Vəziyyətin sonrakı inkişafı ilə bağlı hələlik məlumat yoxdur”, - deyə mətbuat xidmətindən bildirilib.
“Qəzaya düşən təyyarənin göyərtəsində 62 sərnişin və 5 ekipaj üzvü, ümumilikdə 67 nəfər olub.
Zərərçəkənlər barədə məlumat yaxın vaxtlarda veriləcək”, - AZAL-ın məlumatında deyilir.
AZAL-ın mətbuat xidmətindən verilən məlumata görə, Bakı-Qroznı marşrutu üzrə J2-8243 reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer 190” tipli təyyarəsi Aktau şəhərindən 3 km aralıda məcburi eniş edib. İlkin məlumata görə, hadisəyə səbəb təyyarə ilə quş sürüsü arasında toqquşma olub.
Aktauda qəzaya uğrayan təyyarədə 6 nəfər sağ qalıb,12 nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Oxuməni.az xəbər verir ki, bu barədə Qazaxıstanın Səhiyyə naziri məlumat verib.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































