Hindistan Hərbi Dəniz Qüvvələrinə məxsus sürətli katerin çərşənbə günü Mumbay yaxınlığında məşhur turistik məkana gedən və 100-dən çox insanı daşıyan bərə ilə toqquşması nəticəsində azı 13 nəfər ölüb.
Bu barədə “Assoşeyted Press” məlumat yayıb.
Dəniz Qüvvələrindən verilən açıqlamada bərədəki 99 sərnişinin xilas edildiyi bildirilib.
Hərbçilər Elefanta adasına gedərkən kater dövrə vuraraq “Nilkamal” bərəsi ilə toqquşub.
Rəsmi açıqlamada qeyd edilib ki, kater mühərrik sınaqlarından keçirilir və toqquşma idarəetmənin itirilməsi nəticəsində baş verib.
Hadisə nəticəsində Hərbi Dəniz Qüvvələrinin 3 hərbçisi də ölüb.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































