Bakıda Xətai rayonunun NZS qəsəbəsində faciəvi hadisə baş verib. 70 yaşlı Yaqub Əliyev illərdir saxladığı itlərin hücumuna məruz qalaraq həyatını itirib.
Azərbaycanpolisi.az Oxuməni.az-a istinadla xəbər verir ki, hadisə mərhumun evində baş verib. İlkin məlumatlara görə, kişi özü baytarın köməyi olmadan itinə iynə vurmaq istəyib, lakin o, sahibinə hücum edib. Daha sonra evdə saxladığı daha iki nəhəng it də Y.Əliyevə hücum edib.
Qışqırıq və səs-küyə qonşular qaçaraq gəlsələr də, qəzəbli heyvanların qarşısında aciz qalıblar və nəticədə itlər Yaqub Əliyevi parça-parça edib, ona həyatla bir araya sığmayan xəsarətlər yetiriblər.
Qonşular hadisə yerinə polis çağırıb və itlərin digər insanlar üçün real təhlükə yaratdığını görən Daxili İşlər Nazirliyinin əməkdaşları xidməti silahdan istifadə edərək dördayaqlı qatilləri yerindəcə məhv etməyə məcbur olublar.
Sakinlərinin sözlərinə görə, Yaqub Əliyev uzun müddətdir bu mənzildə tək yaşayırdı. Hadisə baş verən gün də evdə tək olub.
Hadisə ilə bağlı araşdırma aparılır.
Azərbaycanpolisi.az
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































