Noyabrın 16-na keçən gecə Kişinyovda məşhur moldovalı ifaçı İqor Kuçukun yeganə qızı 17 yaşlı Andrea Kuçuk yerli əyləncə klublarından birində ölüb.
Bakı.vs xəbər verir ki, faciəli hadisə qızın oxuduğu Stefan Neaga adına musiqi kollecində birinci kurs tələbələrinin əyləncəsindən sonra baş verib.
Klubdakı bayramın qeyri-rəsmi hissəsində Andrea sinif yoldaşları ilə rəqs edərkən qəfildən halı pisləşib. Qız huşunu itirərək yıxılıb.
Hadisə yerinə iki təcili yardım briqadası cəlb olunub. Həkimlər 52 dəqiqə ərzində intensiv terapiya aparıb və ürək-ağciyər fəaliyyətini bərpa etməyə çalışıblar. Bütün səylərə baxmayaraq, qızı xilas etmək mümkün olmayıb.
Sonradan məlum olub ki, Andreanın ürəyində problemlər olub və təxminən beş il əvvəl o, əməliyyat olunub. Ölümün ilkin səbəbi ürək dayanmasıdır. Kişinyov polisi faktla bağlı araşdırmalara başlayıb.
Andrea Kuçuk ailəsində yeganə uşaq olub. O, atasının yolu ilə gedib və musiqi karyerasında ilk addımlarını atası ilə həm solo, həm də duet şəklində ifa edib.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































