İspaniyanın Qranada şəhərində 8-9 yaşlı uşaqlardan ibarət komandalar arasında keçirilən futbol oyunu zamanı atışma baş verib və nəticədə iki tamaşaçı yaralanıb.
"Report" "El Caso"ya istinadən xəbər verir ki, yaralananlar yüngül xəsarət alıblar və özlərini yaxınlıqdakı tibb məntəqəsinə çatdıra biliblər.
Hadisə yerinə yerli və milli polisin bir neçə patrul briqadası, həmçinin tibb işçiləri çağırılıb. Polis ehtiyat tədbiri kimi ərazidəki insanları təxliyə edib və hadisə yerini yoxlayıb. Onlar 22 millimetrlik iki patron aşkar ediblər və bunlar laboratoriya ekspertizasına göndərilib.
Potensial təhlükənin qarşısını almaq üçün idman kompleksindən kənarda bütün idman tədbirləri müvəqqəti olaraq dayandırılıb. Lakin digər obyektlər adi rejimdə fəaliyyət göstərir.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































