Maqadanda beşmərtəbəli binanın mənzilində baş vermiş yanğında bir qadın və üç uşağın ölümü ilə bağlı cinayət işi açılıb.
“Report”-un məlumatına görə, bu barədə Rusiya İstintaq Komitəsinin Maqadan vilayəti üzrə İstintaq İdarəsinin mətbuat xidməti məlumat verib.
“RF CM-nin 109-cu maddəsinin 3-cü hissəsi ilə (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) cinayət işi açılıb. İlkin məlumata görə, noyabrın 7-də saat 09:37-də (Bakı vaxtı ilə 02:37) “112” xəttinə Maqadanda Reçnaya küçəsi, 65 nömrəli evin beşinci mərtəbəsində yerləşən mənzildə yanğın olması barədə məlumat daxil olub. Yanğının söndürülməsi zamanı 1991-ci il təvəllüdlü qadının və 6-10 yaş arası üç azyaşlı uşağın meyiti aşkar edilib”, – idarədən bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































